• $
  • £

İsrail İranın BTC kəmərinə hücum planının qarşısının alındığını bildirib -Reuters

İsrail İranın BTC kəmərinə hücum planının qarşısının alındığını bildirib -Reuters
21.04.2026 14:55

İranın Azərbaycandan Aralıq dənizinə neft daşıyan kəmərə, həmçinin Azərbaycandakı İsrail və yəhudi hədəflərinə hücum planlaşdıran şəbəkəsi ifşa olunub. Bu barədə Reuters Agentliyi Mossad və Şin Bet kəşfiyyat xidmətlərinin birgə bəyanatına əsasən xəbər verib. 

Mossad və Şin Bet kəşfiyyat xidmətləri birgə bəyanatda bildiriblər ki, bir neçə həftə əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Gürcüstan və Türkiyə üzərindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hücum planının qarşısı alınıb.

Bəyanata görə, qrup həmçinin Azərbaycandakı İsrail və yəhudi hədəflərinə, o cümlədən Bakıda İsrail səfirliyinə, sinaqoqa və yəhudi icmasının rəhbərlərinə qarşı hücumlar planlaşdırıb.

Reuters qeyd edir ki, İran Xarici İşlər Nazirliyi şərh sorğusuna dərhal cavab verməyib.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti partlayıcı dronlar və qəlpəli yüklərlə silahlanmış qrup üzvlərini saxlayıb.

İsrail xüsusi xidmət orqanlarının bildirdiyinə görə, şəbəkəyə İran İİKK kəşfiyyatının Xüsusi Əməliyyatlar Bölməsi — Unit 4000-in rəhbəri kimi təqdim edilən Rəhman Moqadam başçılıq edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadi Şurada Ələt Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub
İqtisadiyyat 17:29
İqtisadi Şurada Ələt Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub

Azərbaycanda 5 ayda 191 min "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 16:31
Azərbaycanda 5 ayda 191 min "ASAN İmza" sertifikatı verilib
Yelo Bank əmək haqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı!
İqtisadiyyat 16:23
Yelo Bank əmək haqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı!
"Azeri Light" nefti 1%-dən çox bahalaşıb
İqtisadiyyat 09:39
"Azeri Light" nefti 1%-dən çox bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Yasamal rayonunda obyektdə yanğın baş verib
İqtisadiyyat 19:13
Yasamal rayonunda obyektdə yanğın baş verib
PASHA Bank IPO-sunda sifarişlər bağlanışdan əvvəl 100% ötüb
İqtisadiyyat 18:35
PASHA Bank IPO-sunda sifarişlər bağlanışdan əvvəl 100% ötüb
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İqtisadiyyat 17:34
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

Azərbaycan Panamadan ananas alışını 27 dəfə artırıb
İqtisadiyyat 14:47
Azərbaycan Panamadan ananas alışını 27 dəfə artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol