• $
  • €
  • ₽
  • ₺
  • £

AMB sədri Yelo Bank-ın Aİ sanksiya siyahısına salınmasını “anlaşılmazlıq” adlandırıb

AMB sədri Yelo Bank-ın Aİ sanksiya siyahısına salınmasını “anlaşılmazlıq” adlandırıb
06.05.2026 16:09

Azərbaycan Mərkəzi Bankı Yelo Bank-la bağlı ciddi problem görmür. Bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yelo Bank-ın Avropa İttifaqının sanksiya paketinə daxil edilməsi anlaşılmazlığın nəticəsi olub.

“Yelo Bank-ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvəl baş verib. Həmin sistem artıq bağlanıb. Yelo Bank həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə, bankın ödənişlərlə bağlı müəyyən çətinlikləri yarana bilər”, - deyə Kazımov qeyd edib.

AMB sədri əlavə edib ki, səbəblərin aydınlaşdırılması üçün müvafiq instansiyalara müraciətlər göndəriləcək.

“Ümid edirik ki, yaxın aylarda Aİ öz qərarını dəyişəcək. Çünki bunun üçün əsas yoxdur”, -  o vurğulayıb.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol