Azərbaycanın strateji valyuta ehtiyatları daha 2,9 milyard dollar artıb

Mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 3,4% və ya 2,9 milyard ABŞ dolları artaraq 87,9 milyard ABŞ dollarına çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları mal və xidmət idxalını 38 ay ərzində qarşılamağa imkan verir.
Kazımov əlavə edib ki, strateji valyuta ehtiyatları geniş pul kütləsini (M2) 3,7 dəfə üstələyir.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Son xəbərlər 
Daha çox 






















