• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzinin qiyməti qalxdı - QƏRAR

Azərbaycanda benzinin qiyməti qalxdı - QƏRAR
28.05.2020 17:47

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb

Azərbaycan  Dekabrın 2-də Azərbaycan Tarif Şurası növbəti iclası keçirilib. ANN.Az şuranın saytına istinadən xəbər verir ki, iclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb.

Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilmiş, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılmışdır.

Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılmış və müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilmişdir.

Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixdən, təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcəkdir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol