• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan və Türkiyə iş adamları sərhədyanı əməkdaşlığı müzakirə ediblər

Ermənistan və Türkiyə iş adamları sərhədyanı əməkdaşlığı müzakirə ediblər
07.09.2026 13:03

 

Ermənistanın müxtəlif şirkətlərini təmsil edən 16 iş adamı Türkiyənin İğdır və Van vilayətlərinə səfər edərək yerli biznes nümayəndələri ilə ticarət, investisiya və sərhədyanı əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfər iyunun 29-30-da Ermənistan Sənayeçilər və İş Adamları Birliyi, Avrasiya Tərəfdaşlıq Fondu, Hrant Dink Fondu və Türkiyə İqtisadi Siyasət Tədqiqat Fondu tərəfindən həyata keçirilən “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: Sərhədlərarası əlaqələrin gücləndirilməsi” proqramı çərçivəsində təşkil olunub.

Erməni və türk iş adamlarının görüşləri İğdır və Van Ticarət və Sənaye Palatalarında keçirilib. Ermənistan nümayəndə heyəti həmçinin İğdır Sənaye Bölgəsinə baş çəkib. Görüşlərdə tikinti, gülçülük, hüquqi xidmətlər, tekstil, su və şirə istehsalı, qəhvə, süd məhsulları, alüminium və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri B2B danışıqlarında iştirak ediblər.

Proqramın rəhbəri Artur Qazaryan bildirib ki, səfərin əsas məqsədi türk tərəfdaşlarla işgüzar əlaqələrin qurulması, gələcək əməkdaşlıq imkanlarının araşdırılması və sərhədyanı biznes tərəfdaşlıqlarının inkişaf etdirilməsidir.

Onun sözlərinə görə, Ermənistan Sənayeçilər və İş Adamları Birliyi 1990-cı illərdən Ermənistan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı istiqamətində fəaliyyət göstərir. Qazaryan qeyd edib ki, iki ölkə arasında rəsmi işgüzar münasibətlər olmasa da, qeyri-rəsmi biznes əlaqələri davam edir.

İğdır Ticarət və Sənaye Palatasının prezidenti Kamil Arslan sərhədin açılmasının ticarət əlaqələrinin inkişafına imkan yaradacağını bildirib. Onun sözlərinə görə, hazırda Gürcüstan üzərindən həyata keçirilən daşımalar əlavə logistika maneələri yaradır və iqtisadi əməkdaşlıq imkanlarını məhdudlaşdırır.

Van Ticarət və Sənaye Palatasının prezidenti Necdet Takvan isə Ermənistanı iqtisadi əməkdaşlıq baxımından potensial tərəfdaş hesab etdiklərini və iki ölkənin iş adamları arasında dialoqu dəstəkləməyə hazır olduqlarını deyib.

Görüşlərdə tərəflər iqtisadi əlaqələrin inkişafı üçün müvafiq platformanın yaradılmasının və yaxın gələcəkdə ikitərəfli əməkdaşlıq memorandumunun imzalanmasının vacibliyini vurğulayıblar.

Ermənistan-Türkiyə Biznes Birliyinin proqram rəhbəri türk iş adamlarını sentyabrın 3-4-də İrəvanda keçiriləcək Ermənistan-Türkiyə biznes forumunda iştirak etməyə dəvət edib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol