• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstandan mal-qara gətirməyə qadağa qoyulur

Gürcüstandan mal-qara gətirməyə qadağa qoyulur
28.05.2020 20:28
Azərbaycanda kifayət qədər heyvan olduğu halda, sahibkarlar Gürcüstandan böyük həcmdə mal idxal edirlər.Belə ki, 2012-ci ildə Gürcüstandan Azərbaycana 42 679 baş, 2013-cü ildə isə 49 061 baş mal-qara gətirilib. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. Onun sözlərinə görə, mal-qara idxalı ilə məşğul olan sahibkarlar kəndlərdəki fermerlərlə məsləhətləşmirlər, mövcud vəziyyəti araşdırmırlar: «Sahibkarlar özlərinə əziyyət vermədən, xaricdən mal-qara gətirirlər. Bu, yolverilməzdir. Onlar əslində yerlərdəki fermerləri axtarmalı, onlarla məsləhətləşib, qrafik tutmalıdırlar». Qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin birinci yarısında 21,33 mln. lari (təxminən 11 mln. manat) dəyərində 8,28 min ton diri çəkiyə malik iribuynuzlu mal-qara idxal edilib. Bu, Gürcüstandan Azərbaycana həyata keçirilən ümumi ixracın 6,41%-nə bərabərdir. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qaranın ixracı təxminən 60% artıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol