Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi 2019–2023-cü illərdə xaricə qanunsuz yollarla 45 milyard təngə (100 milyon dollardan çox) dəyərində 160 min tondan artıq neft məhsulu çıxaran mütəşəkkil dəstənin fəaliyyətini ifşa edib.
İstintaq müəyyən edib ki, xammal yerli hasilat şirkətlərindən alınaraq "Standart Petroleum" və "Mangystau Oil Refining" mini-neft emalı zavodlarında emal olunub, daha sonra soba yanacağı adı altında saxta keyfiyyət sənədləri ilə Aktau limanından tankerlərlə xaricə daşınıb.
Cinayət işi çərçivəsində mini-zavodlar, bir neft tankeri və digər əmlaklar müsadirə edilib, dövlət büdcəsinə 2 milyard təngədən çox qanunsuz gəlir və vergi borcu ödənilib.
Qruplaşmanın rəhbər heyətinə daxil olan 5 nəfər 8 il müddətinə azadlıqdan məhrum edilib, cinayət sxeminin təşkilatçısı isə beynəlxalq axtarışa verilib.
N. Təbrizli