• $
  • £

Azərbaycanda tramvayların hərəkəti yenidən bərpa olunur

Azərbaycanda tramvayların hərəkəti yenidən bərpa olunur
20.11.2013 17:59
Tramvay rezin təkərlər üstündə hərəkət edəcək.
Bu gün Gəncədə inşa ediləcək tramvay xəttinin təqdimatı keçirilib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, tədbirdə tramvay xəttinin inşasına cavabdeh olan “NewTL” şirkətinin nümayəndəsi bildirib ki, tramvayın uzunluğu 25 m, eni 2 m 20 sm, ağırlığı isə 23 tondur.
Tramvay rezin təkərlər üstündə cəmi bir rels üzərində hərəkət edəcək. Bunun nəticəsində də nəqliyyat vasitəsi Sovet dövründəki tramvaylarla müqayisədə səssiz olacaq.
Sürəti saatda 70 km-ə qədər olacaq tramvayda iki elektrik mühərriki də quraşdırılacaq ki, bu da ekoloji baxımdan təhlükəsizdir.
Tramvayın hərəkət etdiyi marşrut üzrə 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqda gəlib-getmə qrafiki elektron tabloda əks olunacaq.
Tramvayın rənginin mavi olacağı və üzərinin milli ornamentlərlə bəzədiləcəyi nəzərdə tutulur. Tramvayın marşrutu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından dəmiryol vağzalına qədər olacaq.
Tramvayla yanaşı bu marşrut üzrə velosiped yolları da inşa olunacaq və hər dayanacaqda velosipedlər kart vasitəsi ilə icarəyə veriləcək.
Şirkət tramvayın istismar müddətinə 25 illik zəmanət verir. Analoji tramvay Parisdə və Venesiyada da istifadəyə verilib.
www.oxu.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol