• $
  • €
  • ₽
  • ₺
  • £

Kommersiya qurumlarının sayı artıb

Kommersiya qurumlarının sayı artıb
12.11.2026 10:52

2026-cı il noyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 734 min 871 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 5,6 faiz artıb.

Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214 min 988 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur.

2026-cı ilin oktyabr ayında 1183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,8 faizi yerli investisiyalı, 13,2 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 84 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-oktyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
İqtisadiyyat 09:38
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
General Natiq Əliyevin qızı saxlanılıb
İqtisadiyyat 09:22
General Natiq Əliyevin qızı saxlanılıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:17
Dünya bazarlarında neft ucuzlaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:08
Məzənnə açıqlanıb
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol