ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər

ABŞ-ın bir neçə iri bankının müştəriləri bank xidmətlərindən istifadə zamanı texniki problemlərlə üzləşiblər, bunu monitorinq portalı "Downdetector"un məlumatları göstərir.
"J.P. Morgan", "Bank of America", "Wells Fargo", "Chase Bank" və "US Bank"ın fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər qeydə alınıb. Ümumilikdə nasazlıqlarla əlaqədar 7,2 mindən çox müraciət daxil olub ki, onların da ən böyük hissəsi — 4,4 mindən çoxu "Chase Bank"ın payına düşüb.
İstifadəçilər əsasən bank əməliyyatlarının həyata keçirilməsində çətinliklər yarandığını və hesablardakı vəsaitlərin düzgün əks olunmadığını bildiriblər. Problemlərin səbəbləri və xidmətlərin tam bərpa olunma vaxtı barədə hələlik məlumat verilməyib.
























