• $
  • €
  • ₽
  • ₺
  • £

Bankomat qarşısında növbələrə son - ŞAD XƏBƏR

Bankomat qarşısında növbələrə son - ŞAD XƏBƏR
28.05.2020 19:21
Pensiyanı müxtəlif bankomatlardan çıxarmaq mümkün olacaq


ANS TV-nin məlumatına görə, pensiyaların verilmə vaxtı bankomatlar qarşısında uzun növbələrin yarandığının şahidi oluruq. Yaşlı insanlar təqaüdləri köçən kimi onu əldə etməyə çalışırlar. Bunun üçün bəzən saatlarla bankomat qarşısında növbələrinin çatmasını gözləyirlər. Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların bankomat problemini aradan qaldırmağa qərar verib. Hansı bankın kartına sahib olmasından asılı olmayaraq, pensiyaçılar bütün bankomatlardan pul çıxara biləcəklər. Hətta bu zaman pensiyaçılardan heç bir komissiya xərci tutulmayacaq.

DSMF-nın sədri Elman Mehdiyev təqaüdçilərin öz pullarını müxtəlif bankomatlardan əldə edilə biləcəyini deyir. Bunun üçün heç bir komissiya tutulmayacaq və bu pulu Dövlət Sosial Müdafiə Fondu özü ödəyəcək.

İqtisadçılar bu qərarın təqaüdçüləri çox razı salacağını düşünürlər. Pensiyaların verildiyi bankların çox olmamasını nəzərə alsaq bu qərarın onların rahatlığı üçün atılmış ən ideal addımdır.

İqtisadçı ekspert Vüqar Bayramov bu işi məhz təqaüdçüləri düşündükləri üçün etdiklərini deyir. Çünki, bu zaman təqaüdçü öz pulunu əldə etmək üçün çox məsafə qət etmiyəyəcək.

Bundan başqa təqaüdçülərin nəğdsiz ödənişdən istifadə etməsi üçün ötən ilin əvvəlindən "Pensiya+” proqramına start verilib. Proqram nağdsız ödəniş vasitələrindən istifadəni təşviq edir. Onlardan istifadə edənlər aylıq pensiya həcmində faizsiz kredit ala bilərlər. Bu yenilik pensiyaçılar arasında nağdsız ödəniş mexanizminin təşviqinə yönəlib.


ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol