"Qazprom" "Türk axını" layihəsinin miqyasını azaldır

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsinin miqyasını azaltmağı düşünür.
"Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Məlumata görə, rəsmi Ankara ilə Moskva arasında Türkiyəyə satılacaq qazın qiymətində ediləcək endirimlə bağlı razılıq əldə edilmədiyindən, "Qazprom" ASC "Cənub Dəhlizi" layihəsinə investisiyalarını tamamilə dondurub.
Analitiklər hesab edirlər ki, bu, "Türk axını" layihəsinin sonu ola bilər və şirkət "Şimal axını"na diqqəti artırmaqla bu paylayıcı şəbəkəyə Baltik dənizinin altından keçəcək yeni boru xətti əlavə edə bilər.
Xatırladaq ki, Rusiya qazının Türkiyə və Avropaya daşıyacaq "Türk axını" vasitəsi ilə hər il 63 mlrd. kubmetr qaz daşınmalı idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















