Eks prezidenti və ailəsini ölümlə hədələyirlər

22:39 | 13.05.2014
Eks prezidenti və ailəsini ölümlə hədələyirlər

Eks prezidenti və ailəsini ölümlə hədələyirlər

Almaniyanın “Bavariya” futbol klubunun keçmiş prezidenti Uli Höness təhdid olunur.
ANS PRESS-in məlumatına görə, cinayətkarlar eks prezidentə göndərdikləri məktubda onu və ailəsini təhdid ediblər. 
Cinayətkarlar ondan 200 min avro tələb ediblər. Cinayətkarlar bildiriblər ki, pul ödənilməyəcəyi təqdirdə Hönessin türmədə olması belə onu xilas etməyəcək. 
Höness məsələ ilə bağlı hüqu-mühafizə orqanlarına müraciət edib. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Uli Höness vergidən yayınmaqda ittiham olunaraq 3,5 il müddətinə həbs cəzasına məhkum edilib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti