Bir neçə gün əvvəl Krım səmasında çox güclü səma cismi partlayıb. Həmin obyekt çox yüksək sürətlə Yerin atmosferinə daxil olub. Şahidlərin sözlərinə görə, partlayış anında səma mavi rəngə boyanıb. Sanki gündüz olub. Partlayış 600 km radiusda görünüb.Bir sıra unoloqlar həmin partlayışı UNO ilə bağlayırlar. Milli.Az xəbər verir ki, azərbaycanlı tədqiqatçı-izoterik Vaqif Ələkbərov öz fikirlərini Day.Az saytı ilə bölüşüb. Saytın əməkdaşı ilə söhbəti zamanı deyib ki, meteorit düşməsi elə də nadir hadisə deyil. Ancaq bəzi nüanslar var. Həmin meteoritin kütləsini alimlər 100 ton kimi dəyərləndirirlər. O, təkbuynuz ulduzlar birliyindən gəlib. Gecə vaxtı gur işıq Çelyabinsk meteoritini xatırlatdı. "Belə məqamda maraq doğuran odur ki, Krımdakı meteoritlə UNO arasında əlaqə var, ya yox? Mənim fikrimcə, əlaqə var və təkbuynuz ulduzlar birliyi ilə bağlıdır", - o əlavə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !