Ekspertlər neftin qiymətinin kəskin azalacağını proqnozlaşdırırlar

17:48 | 26.10.2015
Ekspertlər neftin qiymətinin kəskin azalacağını proqnozlaşdırırlar

Ekspertlər neftin qiymətinin kəskin azalacağını proqnozlaşdırırlar

Neftin qiymətləri, neft məmulatlarının saxlanması üzrə dünya gücünün itməyə yaxın olması ilə əlaqədar kəskin şəkildə azalmağa başlaya bilər, bu isə bazarın xammal ilə dolmasının daha bir amilidir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Goldman Sachs bankının məruzəsində məlumat yayılıb.

"ABŞ və Avropada istifadə edilən gücün, neft emalı zavodlarının rekord yüklənməsi, tələbatın (xüsusilə də benzinə) zəif inkişafı fonunda tarixi yüksək səviyyəyə yaxınlaşırlar”, - Goldman Sachs analitikləri bildirib.

"Bu, 1998 və 2009-cu illərdəki vəziyyəti xatırladır, o zaman distillə edilmiş məmulatların həcmi maksimal həddə çataraq neftin qiymətinin səviyyəsini aşağı endirirdilər”, - ekspertlər əlavə edib.

Goldman Sachs 2016-cı ildə neft bazarında tələbat və təklif tarazlığı əldə ediləcəyini gözləmir.

2014-cü il yayının əvvəlindən 2015-ci ilin əvvəlinə qədər neftin qiymətləri iki dəfədən çox azalıb. Brent markalı neftin bir bareli 100 dollardan 45 dollara qədər azalıb. OPEK-in neftin hasilatına bir gün üçün 30 milyon barel kvotasının saxlanmasına dair 2014-cü ilin 27 noyabr tarixli qərarı qiymətlərin azalmasını sürətləndirdi. Yanvardan qiymətlər artmağa başlayaraq mayın 6-da maksimuma çataraq 69,58 dollar oldu, daha sonra yenidən enməyə başladı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM