Əl işləri sərgisi - bahar möcüzəsi – REPORTAJ

10:30 | 04.03.2015
Əl işləri sərgisi - bahar möcüzəsi – REPORTAJ

Əl işləri sərgisi - bahar möcüzəsi – REPORTAJ

Lyubov Qasımova

Axır ki, yaz gəlib çıxdı! Bu qış çox soyuq olmasa da, ilin gözəl fəsli olan yaz ayını həsrətlə gözləyirdik. Yaz günəşi, bahar gülləri və quşların şən civildəşməsi artıq qapımızı kəsdirib.

Öz əl işləri ilə məşhurlaşan usta qadınlarımız yaz ayının gəlişi ilə öz sərgilərini təşkil ediblər. Sərginin mövzusu 8 mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı idi.
 
Bu dəfəki sərginin təşkilatçısı həmişəki kimi Ella Bağırova idi. Mərdəkanda yerləşən "DeMary” art-studiyasında təşkil olunan sərgi beşinci idi. Onun təşkilində başqa bir məqsəd əl işləri ilə məşğul olan insanlara kömək etmək və bu yarmarkada öz işlərin sataraq pul qazanmalarına şərait yaratmaq idi.  





Belə tədbirlər ölkədə tez-tez keçirilsə də, təşkilatçılıq məsələlərində yardımçı olan tapılmır. Qadınlar özü şəxsən tikir, düzəldir, şəkil çəkir, qab-qacağı dekorasiya edir, sərgi yerini icarəyə götürür, stolları yerləşdirir və ən nəhayət öz əl işlərini satırlar.

28 fevral-1 mart tarixlərində "DeMary” art-studiyasında sərgi-yarmarka var idi. Bu sərgidə ustalar 8 mart üçün hazırladıqları çoxlu sayda əl işlərini satışa çıxartdılar.

İkinci mərtəbədə yerləşən şokalad mağazasında əsl şənlik təşkil olunmuşdu. Bacarıqlı qadınların əl işləri divarlardan asılmış və stullara düzülmüşdü. Alıcılar bura gəlib orijinal, ekskluziv və yaradıcı işlərin zərifliynə tamaşa edir və xoşlarına gələn məhsulları alırdılar.   





Evdə hazırlanmış sabunlar böyük çeşiddə təqdim olunmuşdu - çobanyastığı, çaxır və şampan, cəfəri və ağcaqayın, kakos yağı, qara təbii şokalad, pivə, bal və s - şəkilində alıcıların qarşısına düzülmüşdü. İki yaradıcı qadın - Sevda Qasımova və Aişə Paşazadə - təbii növ sabunların əldə edilməsi üçün daimi axtarışdadırlar.





Bu ustaların yaratdığı təbii sabunlar ekoloji təmiz, unudulmaz qoxuya sahib və ucuzdurlar. 7-10 manat arasında qiyməti dəyişən sabun 5-6 aya bəs edir. Sevda Qasımova hər bayramda özünün hazırladığı sabunları, kremləri və hətta şampunları yığıb sərgiyə gətirir. Aişə isə bizim gözlərimizi ovsunlayan və "dadlı”sabun tortları ilə diqqətimizi çəkir. Bizim usta sənətkarlar yaradıcı insan olduqlarından, hər dəfəsində yeni əl işləri ilə ortalığa gəlirlər. Bu dəfə Aişə Paşazadə "peyp-art” texnikasını mənimsəmişdi.





Alyona Səlimova isə irland krujevası hörmək üzrə ustalaşıb. Əgər kimsə bu üslubda hörgünün məhsulu olan koftaları, yubkaları və digər geyimləri görübsə, bu gözəlliklər qarşısında heç zaman laqeyid qala bilməz.  Bir koftanı hörmək üçün çoxlu gecələr və gündüzlər lazım olur. Amma nəticədə ortaya elə bir paltar çıxır ki, ona sahib olmayan insan, ona sahib olanlara paxıllıq edir. Alyona muncuqlardan daş-qaş hazırlamaq üzrə də ustalaşıb. Onun hazırladığı muncuqlu bijuteriya istənilən qadınının zövqünü oxşayır.





Mərdəkan camaatı nəinki incəsənəti sevir, onlar hətta özləri də yaradıcılıqla məşğul olurlar. Bunu gənc rəssamların yağlı boyadan, akrildən istifadə edərək çəkdiyi rəsmlər və elcə də qraffitlər sübut edir. Şahlı Nağiyeva, Nigar Müslümova və Nərgiz Qurbanzadə kimi gənc və istedadlı rəssamların çəkdiyi rəsmlər ziyarətçilərin gözünü oxşadı. Burada gənc rəssamların müəllimi, gözəl rəssam Fati Kamayeva da öz çəkdiyi rəsmləri ilə sərgidə iştirak edirdi. Fati xanım çox gözəl rəssamdır. O, öz rəsmlərində, dünyanın gözəlliklərini, ruh halını və arzularını təsvir edir.





Son zamanlarda nənələrimizin çarpaz toxumaq ilə hazırladıqları işlər daha çox diqqət çəkməyə başlayıb. Bu məşğulliyət, insanı sakitləşdirir, onun xəyal dünyasını inkişaf etdirir və hətta pul da gətirir. Bizim bu sənətkarlar, iynə və sap ilə parça üzərində əla süjetlər işləyiblər. Bu Tac Mahal sarayı, cizgi filmlərindən səhnələr, çobanyastığı gülünün buketi və bir çox başqa şey ola bilər. Anna Cavadova gül rəsmləri toxuyaraq onları çərçivəyə salır. Anna xanım uşaq oyuncaqları və fincanlar üçün üzlüklər də toxuyur.





Növbəti sənətkarımız Gülçin İsrafilovadır. O, şəkilləri parçaya toxumaqla məşğuldur. Onun əl işləri sərgidə iştirak edən insanlarda yaxşı mənada təəccüb doğurdu.  Burada onun iki il ərzində toxuduğu meşə içərisində ev və buket gül toxumaları hamının diqqətini çəkdi. Gülçinin daha bir sevimli məşğulliyəti muncuqlar vasitəsi ilə toxuma işləri görməkdir. Muncuqlardan toxunmuş mükəmməl güllər və ağaclar iki növdə hazırlanmışdı: fransız üsulu ilə və paralel formada.





Polimer gildən hazırlanmış bəzəklər də əla görünürdü. Bijuteriya üzrə ustalaşmış sənətkarların əl işlər orijinallığı və zərifliyi ilə fərqlənirdi. Ləçəklərin hər bir detalının təsvir olunduğu polimerdən hazırlanmış balaca güllər, qolbağılar, sırğalar və boyunbağları diqqət çəkirdi.  Onların rəngi – yaşıl, sarı, bənövşəyi və çəhrayı - isə insanı valeh edirdi. Rəna Qorxmaz usta sənətkar sayılır. Onun əl işləri bir neçə dəfə sərgidə olub. Son zamanlarda bizim modabazlar polimer gildən hazırlanmış əl işlərinə meyl ediblər. Bu səbəbdən Rəna xanımın orijinal əl işlərinə sahib olmağa çalışırlar.




Mikromakram üslubundan hazırlanmış qolbağları xüsusi diqqət çəkirdi. Bu zərif bijuteriya parlaq rənglərdən, qədim və şüşə muncuqlardan, bal rəngində balaca tısbağalardan istifadə edilərək hazırlanmışdı. Bu tipli qolbağlar indi gənclər arasında çox dəbdədir. Bu qolbağların yaradıcısı isə son dərəcə istedadlı və daima axtarışda olan İnessa Sadqi idi.





Bu qadınar vaxtlarını boşa xərcləməyərək uşaqlar üçün nəsə hazırlayıblar. Əvvəlcə bu onlar üçün adi məşğuliyyət olub, amma daha sonra gəlirli hobbiyə çevrilib. Bizim qadınlar əllərinə iynə və yun kələflər alaraq əvvəl öz uşaqları üçün heyrətamiz və ekskluziv qulaqlı  papaqlar, orijinal şərflər və s hazırlamağa başlayıblar. Bu qadınlar Gülnar Hüseynova və Xatirə Salmanova-Əhmədzadədir. Xatirə xanım atlasdan və müxtəlif rənglərdən istifadə edərək hər bir balaca şahzadəyə yaraşacaq məhsullar hazırlayıb.  Bu iş çox ağır hesab olunur, çünki çoxlu sayda muncuğu yapışdırmaq lazımdır. Bu işdə səbrli və diqqətli olmaq vacibdir. Amma iş tamamlandıqdan sonra verilən əməyin hədər getmədiyini görmək mümkündür.





Leyla xanım Ələsgərova yenə də iş başında idi. O, növbəti dəfə oyuncağı ipdən götürür. Onun hazırladığı oyuncaqlar uşaqların əsl əyləncəsinə çevrilir, çünki bu oyuncaqlar pozitivdir. Oyuncaqların yumşaq olması uşaqların ondan yastıq kimi istifadə etməsinə də imkan yaradır.





Aytən Abbasova izonit texnikasından istifadə edir. O, həm üç uşaq anası, həm də yaradıcı işlə məşğul olan qadınlarımızdandır.  Onun əl işləri, hər dəfəsində bir az daha inkişaf edir. Onun axırıncı əl işi olan "Hicablı qadın” artıq həm də fon içində verilib. Bu artıq daha mürəkkəb iş sayılır, çünki eyni anda bir neçə sapla işlməli olduğundan çox diqqətli olmağı tələb edir.




Sərgidə konfetdən buket hazırlayan Abdullayeva Mahirə xanımı görmək çox xoş idi. Azərbaycanda nişanlı qıza xonça aparmaq adəti olduğundan Mahirə xanımın hazırladığı qeyri-adi xonçalar hər bir nişanlı qızın çox xoşuna gələr.  Bundan başqa Mahirə xanım selofana salınmış oyuncaqların hazırlanması ilə də məşğul olur. Bu oyuncaqlar sanki al məni götür deyir.





Elnarə Xəlilova və Nigar Əliyeva saç üçün bəzəklər hazırlayırlar. Abadokun üzərində hörgüdən, dəri parçadan istifadə edərək hazırlanmış süni güllərin qadın qarderobu üçün nə qədər vacib olduğunu anlayırsan.    





Əgər sizin saç ustasına getməyə vaxtınız yoxdursa, o zaman durumdan ən yaxşı formada çıxmaq üçün üzərinə güllər işlənmiş abadokdan, abadok-şlyapadan istifadə edə bilərsiz. Nigar xanım bu abadoku incə güllərlə bəzəyib. Əgər kimsə barakko üslubun sevirsə, o zaman Nigar xanımın süni və təbii daşlardan istifadə edərək hazırladığı abadoka baxsın. Bu bəzəklərə, bizim ustaların daşlardan istifadə edərək hazırladığı qolbaqları da əlavə etmək lazımdır.





Mən hər yarmarka və ya sərgidə olanda yeni incəsənət növləri ilə qarşılaşıram. Bu sərgi də istisna olmadı. Belə ki, mən burada özünün hazırladığı üç növ işlə tanış edən gözəl bir xanımla tanış oldum. Bu öz qeyri-adi rəsmləri ilə məni valeh edən Lyudmilla Məmmədova idi. Onun ilk rəsmi "enaustika” üslübunda çəkilib. Bəs yaxşı, bu nə deməkdir? Bir list karton götürülür və müəyyən temperaturda isidilən ütünün vasitəsi ilə rəngli mum boyaları kartona yapışdırılır. Bu iş təhlükəli və mürəkkəbdir, çünki burada rəsmin sujeti bir dəfəyə çəkilir və o, yeganə nüsxə olur. Çünki onu bir daha təkrarlamaq mümkünsüzdür. Lyudmilla xanımın ikinci rəsmi plastirin üslubundan çəkilib. Bu rəsmlər barmaqlar ilə hazırlanır. Rəssam barmaqları ilə süjeti həkk edir. Onun üçüncü işi kartondan hazırlanmış böyük həcmli şəkildir. Burada akvariumda olan balıqlar canlı görsənir.  





Alışeva Pərvanə birinci dəfədir ki, yarmarkada iştirak edir. Amma o əl işlərinin rəngarəngliyi ilə hamını təəccübləndirdi. Ağacdan, muncuqdan və süni güllərdən istifadə edərək hazırladığı rəsm əsəri mükəmməl görünürdü. Onun rəsmləri fantaziya genişliyi ilə məni heyrətə salırdı.  Bundan əlavə, o muncuqlar vasitəsi ilə bijuteriya hazırlayır.





Yarmarka-sərgi maraqlı, şən və əyləncəli ruhda keçdi. Bir tərəfdə musiqi səslənir, o biri tərəfdə uşaqlar oynayır, bəziləri şəkil çəkir, gülür və zarafat edirdi.  Ənənəvi olaraq ətirli çay və ev şirniyyatları sərgiyə bəzək qatır.

Bu kimi tədbirlər bizim əl işi ilə məşğul olan sənətkarlarımıza mənəvi həzz verir, çünki onlar bu işləri ərsəyə gətirmək üçün gecə-gündüz çalışırlar. Ev şəraitində, sabun və bijuteriya hazırlanması, qab-qacağa rəsm çəkilməsi, oyuncaqların ayaq, əl və gözünün hazırlanması çox çətindir.  Bu işlər çox ağır, amma xeyirlidir. Bizim bu qadın ustalarımız, bu işləri hamımız üçün görürlər. Buna görə onların bu yaradıcılığına və həvəslərinə təşəkkür edirik.

Xüsusi olaraq, "DeMary” art-studio şokalad mağazasının sahibi Mirzə Cəfərquliyevə bu sərginin keçirilməsi üçün yaratdığı şəraitə görə təşəkkür edirəm. Art-studio” DeMary” mağazasının direktoru Ella Bağırovaya da bu sərgini bu şəkildə keçirdiyi üçün təşəkkür edirik.


ANN.Az
 
 











 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM