"Əl Qaidə" lideri Sudanı öldürüldü

14:47 | 24.07.2015

"Əl Qaidə" lideri Sudanı öldürüldü

ABŞ hərbi qüvvələrinin Əfqanıstanda təşkil etdiyi əməliyyatlar nəticəsində "Əl Qaidə"nin ən nüfuzlu liderlərindən biri olan Əbu Xəlil Əl - Sudanı öldürülüb.

ANN.Az "sabah.com.tr"ə istinadən xəbər verir ki, bu barədə artıq Pentaqon da rəsmi açıqlama yayıb. Pentaqonun rəsmi məlumatına görə, Əfqanıstanın cənubi-şərqində yerləşən Paktika bölgəsində 11 iyulda təşkil olunan hərbi hava əməliyyatı zamanı "Əl Qaidə"nin yüksək rütbəli generalı öldürülüv. 

Əl-Sudanı intihar və canlı bomba hücumlarına nəzarət edirmiş və hazırda ABŞ-a hücum təşkil etməyə hazırlaşırmış. 

Obama gələn ilin sonuna qədər Əfqanıstanda bütün hərbi əməliyyatlara son verəcəyini demişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM