“SOCAR Türkiyə’’ rəhbəri dəyişdirilib

10:04 | 22.02.2023
“SOCAR Türkiyə’’ rəhbəri dəyişdirilib

“SOCAR Türkiyə’’ rəhbəri dəyişdirilib

"SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov şirkətin baş direktoru vəzifəsinə təyin olunub. Bu barədə SOCAR məlumat yayıb.
 
"SOCAR Turkey Refining and Petrochemical Business Unit”in ("SOCAR Turkiye Enerji”nin neft emalı və neft-kimya üzrə vahidi) baş maliyyə direktoru (CFO) Elçin İbadov "SOCAR Turkiye Enerji” şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. İbadov bu vəzifədə Zaur Qəhrəmanovu əvəz edib”, - məlumatda deyilir.

Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi kimi əmək fəaliyyətinə başlayıb.
 
2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən "Petkim”də, həmçinin STAR NEZ, "Petkim”, "SOCAR Depolama” və "SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib.
 
"Harvard Business School”da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.
 
2016-cı ildən "SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində çalışan Zaur Qəhrəmanov isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
 
"SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.

Şirkət "Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. "STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz idxal edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb