• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Elçin Quliyev istefaya göndərilən generallarla görüşdü - FOTOLAR

Elçin Quliyev istefaya göndərilən generallarla görüşdü - FOTOLAR
27.02.2020 17:27
Bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri - general-leytenant Asif Cəbra­yı­lov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə­lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətindən BakuPost-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid­mə­tinin rəi­si general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbay­canın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmə­rəli xidməti fəaliy­yət­lərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulayıb.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət” ordeni təltif edil­miş generalların ordenlərini onlara təqdim edib, dövlət sərhəd­lərinin müha­fizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı – 3-cü dərə­­cəli "Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Ümummilli Lider Heydər Əliyevə və Prezidentə sədaqətlə xidmət etdik­lə­rinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha­fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura­xılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol