Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub

19:07 | 01.09.2023
Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub

Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub

Vəkil Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub. Bu barədə vəkil özü bildirib.


"Bəli, vəkillik fəaliyyətim bərpa olundu. Hər kəsə dərin təşəkkürümü və ehtiramımı bildirirəm. Var olun!", - Sadıqov sosial hesabında yazıb.

Vəkillər Kollegiyası iyulun 6-da vəkil Elçin Sadıqovun Vəkillər Kollegiyasında fəaliyyətinə xitam verib. Bu barədə Kollegiyanın Rəyasət Heyəti qərar çıxarıb.  Vəkil Elçin Sadıqov bu qərarı siyasi adlandıraraq bildirib ki, son vaxtlar insanlara polis darələrində  işgəncələrin verilməsi haqqında məsələ qaldırdığı üçün  barəsində belə bir qərar çıxarılıb.  Vəkil Bu şikayətin jurnalist Eynulla Fətullayev tərəfindən edildiyini də bildirib. 
 
Gùlnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM