• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Eldar Əzizov müşavirə keçirib

Eldar Əzizov müşavirə keçirib
21.08.2024 16:33
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən  verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən  paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma  işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuğ işləri həyata keçirilir.

Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.
 
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvəzökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən neqativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib. 
 
 
BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
Cəmiyyət 16:22
Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Cəmiyyət 16:11
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Cəmiyyət 15:34
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Qarabağda 3 minə yaxın şagird təhsil alır
Cəmiyyət 12:26
Qarabağda 3 minə yaxın şagird təhsil alır
Sabah hava yağmursuz olacaq - Proqnoz
Cəmiyyət 12:19
Sabah hava yağmursuz olacaq - Proqnoz
Bakıda silah-sursat aşkarlanıb
Cəmiyyət 12:04
Bakıda silah-sursat aşkarlanıb
Nazir alimlərlə görüşüb
Cəmiyyət 11:02
Nazir alimlərlə görüşüb
FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum olub - Video
Cəmiyyət 10:33
FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum olub - Video
Dumanlı hava sabahadək davam edəcək
Cəmiyyət 10:09
Dumanlı hava sabahadək davam edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol