• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Eldar Namazov qapalı görüşə qatılmadı

Eldar Namazov qapalı görüşə qatılmadı
09.01.2014 16:31
Bu gün Milli Şuranın sədri Cəmil Həsənli qurumda təmsil olunan partiyaların sədrləri ilə görüş keçirib. APA-nın verdiyi məlumata görə, ACXP-nin qərargahında keçirilən görüşdə AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər iştirak ediblər. C. Həsənli dünən APA-ya açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazovun da görüşə qatılacağını bildirsə də, E. Namazov görüşdə iştirak etməyib. Görüşdə Milli Şuranın sessiyasının çağırılması barədə razılaşma əldə etmək mümkün olmayıb. S. Əkbər görüşdən sonra APA-ya açıqlamasında deyib ki, ölkədəki və müxalifət daxilindəki durumu müzakirə ediblər. Onun sözlərinə görə, görüşdə Milli Şuranın sessiyasının çağırılmasına qədər təsisçi partiyalarda yaranmış vəziyyətin müzakirə olunması məqsədə uyğun sayılıb: “Sessiyanın vaxtı müəyyənləşmədi. Qərara alındı ki, mümkün olan ən qısa vaxtda partiyalar daxilində müzakirələr yekunlaşsın”. M. Mirəlioğlu da APA-ya açıqlamasında görüşdə müxalifət daxilindəki durumun dəyərləndirildiyini bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov İrana gedib
Siyasət 18:35
Əli Əsədov İrana gedib
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 17:40
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Siyasət 17:01
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Siyasət 14:35
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Siyasət 17:15
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Azərbaycan XİN Litvanı təbrik edib
Siyasət 16:21
Azərbaycan XİN Litvanı təbrik edib
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Siyasət 14:29
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Prezident litvalı həmkarını təbrik edib
Siyasət 11:20
Prezident litvalı həmkarını təbrik edib
Ceyhun Bayramov Serbiyaya gedib
Siyasət 10:11
Ceyhun Bayramov Serbiyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol