Elə bil hökumət öhdəlik götürüb ki, Neft Fondunu boşaltsın - Vahid Əhmədov

12:25 | 17.11.2023
Elə bil hökumət öhdəlik götürüb ki, Neft Fondunu boşaltsın - Vahid Əhmədov

Elə bil hökumət öhdəlik götürüb ki, Neft Fondunu boşaltsın - Vahid Əhmədov

Neft Fondundan transferlər məsələsinə ciddi baxmaq lazımdır. Bunu deputat Vahid Əhmədov deyib. 
 
"İllərdir bu haqda deyirik. Elə bil hökumət öhdəlik götürüb ki, Neft Fondunu boşaltsın. Transfer məsələsi ciddi müzakirə olunmalıdır. Belə getsə gələcək nəsillərə heçnə saxlamayacayıq. Qeyri-neft sektorundan gələn gəlir 1,8 milyarddır. Azərbaycanda idxalı təkmilləşdirə bilmirik. İdxalı artırmaqla necə qeyri-neft sektronu necə inkişaf etdirə bilərik?", - deputat noyabrın 17-də Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında söyləyib.
 
Əhmədov vurğulayıb ki, Azərbaycanda peşə təhsili çox zəif inkişaf edib və bunun üçün məktəblər çox az saydadır. 
 
"Bir-iki peşə təhsili məktəbləri var. Sovet vaxtında hər rayonda peşə məktəbləri var idi. Peşə təhsilini inkişaf etdirməliyik", - o əlavə edib. 
 
Deputat həmçinin vurğulayıb ki, bir neçə deputat  Müharibə Veteranlarının 80 manatının artırılmasının  vacibliyini vurğulasa da bu sualara hələ də cavab ala bilməəyiblər. 
 
 Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM