• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq
17.04.2024 22:28
Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin – EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol