Ələsgər Məmmədlidə böyrək daşı aşkar edilib

17:50 | 09.09.2024
 Ələsgər Məmmədlidə böyrək daşı aşkar edilib

Ələsgər Məmmədlidə böyrək daşı aşkar edilib

İstintaq Təcridxanasında müayinə zamanı Toplum TV -nin təsisçisi Ələsgər Məmmədlinin böyrəyində daş aşkar edilib, bu barədə  onun qardaşı Nəsimi Məmmədli bildirib. 

"Qalxanabənzər vəzin özəl həkim tərəfindən təkrar müayinəsi zamanı 23,5 və 15 mm ölçüdə olan düyünlərin böyüməsi aşkar edilməyib.Buna baxmayaraq Ələsgər Məmmədlinin boğulma halları və baş ağrıları davam edir, görməsi zəifləyib, son böyrəyində isə daş aşkar edilib",  - Nəsimi Məmmədli bildirib.
 
O həmçinin əlavə edib ki, İstintaq Təcridxanasında saxlandığı  6 ayda qardaşı ilə  bağlı heç bir istintaq hərəkəti aparılmayıb.
 
"Qalxanabənzər vəzin şişi, böyrək daşı, əsəb sisteminin pozuntusu, hipertoniya kimi ciddi xəstəliklərlə onu həbsdə saxlamağın nədən qaynaqlandığı aydın deyil", d- Məmmədli bildirib.

Penitensiar Xidmət və istintaq məsələyə hələlik münasibət bildirməyib

Ələsgər Məmmədli  martın 8-də saxlanılıb. Ondan başqa Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar.
 
Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

Beynəlxalq təşkilatlar onları azad etməyə çağırıblar.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM