Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən (NK) bildirilib.
Görüşdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.
Eyni zamanda Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !