Yanvarın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNICEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib.
Azərbaycanla BMT-nin Uşaq Fondu arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.
Bildirilib ki, 2020-ci ildə "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.
Eyni zamanda Azərbaycanda sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !