Əli Əsədov yenidən Azərbaycanın baş naziri olub

10:30 | 16.02.2024
Əli Əsədov yenidən Azərbaycanın baş naziri olub

Əli Əsədov yenidən Azərbaycanın baş naziri olub

Milli Məclis Əli Əsədovun yenidən Azərbaycanın baş naziri olması ilə bağlı qərar qəbul edib. SƏsvermədə ƏliƏsədovun lehinə 105 deputat səs verib. Bir nəfər bitərəf, bir nəfər isə əlehinə səs verib. 
 
Əli Əsədov 2019-cu ildən bu vəzifəni icra edir. O, Azərbaycanın 10-cu baş naziridir. 
 
1995-ci il Əli Əsədov Milli Məclisin I çağırış deputatı seçilib. 
 
Daha sonra  mərhum prezident Heydər Əliyevin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.
 
2012-ci il Prezidentin sərəncamı ilə  Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.
 
Əli Əsədovun yenidən baş nazir təyin edilməsinə deputat Ziyafət Əsgərov, Fazil Mustafa, Elnur Allahverdiyev, Etibar Əliyev, Siyavuş Novruzov və Fəzail İbrahimli,Qüdrət Həsənquliyev dəstək çıxışları ediblər. 
 
Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə Prezident İlham Əliyev 92%-dən çox səs toplamaqla növbəti 7 il üçün Azərbaycanın Prezidenti seçilib. Bundan sonra Nazirlər Kabineti istefaya gedib. 
 
Gülnar Nazimqızı 
 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM