Əli Həsənov: “İqtisadi problemlərin mediaya təsiri dövlət başçısının diqqətindədir”

16:17 | 17.03.2016
Əli Həsənov: “İqtisadi problemlərin mediaya təsiri dövlət başçısının diqqətindədir”

Əli Həsənov: “İqtisadi problemlərin mediaya təsiri dövlət başçısının diqqətindədir”

"Prezident daim kütləvi informasiya vasitələrinə dəstək verib”

"Azərbaycanda bəzi iqtisadi problemlər mediaya da təsir edib. Bu, məsələ Prezident İlham Əliyevin diqqətindədir”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, dövlət başçısı daim kütləvi informasiya vasitələrinə dəstək verib: "Düşünürəm ki, bundan sonra da belə olacaq. Hər bir insan problemlərinin həllini dövlətdən gözləyir. Azərbaycan dövləti də bu problemi həll edir, buna qadirdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu məsələlərə toxunub”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM