Əli İnsanovun partiya yaratmaq məsələsinə YAP-ın reaksiyası

13:53 | 21.01.2014
Əli İnsanovun partiya yaratmaq məsələsinə YAP-ın reaksiyası

Əli İnsanovun partiya yaratmaq məsələsinə YAP-ın reaksiyası

“Kim hansı partiyanı yaradır yaratsın heç nə dəyişməyəcək, müxalifətin elektoratı nə qədərdirsə, elə yerində qalacaq. Partiyanı istər İsa Qəmbər yaratsın, istər Əli Kərimli, istərsə də Əli İnsanov”.Bunu AzVİsion.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun yerni partiya yaratması və onun müxalifətin yeni liderinə çevrilməsi haqda fikirlərə münasibət bildirərkən deyib.YAP rəsmisi qeyd edib ki, kimliyindən aslı olmayaraq müxalifətdə yaradılan yeni partiyanın gələcəyi yoxdur:“Böyük əksəriyyət İlham Əliyevin tərəfindədir. Son prezident seçkiləri də bunu göstərdi. Ona görə də müxalifətin radikal qanadının ad dəyişməsi, birləşməsi, ayrılması heç nəyi dəyişə bilməz. Müxalifətin radikal qanadı bir-birilə yarışır, bir-birilə mübarizə aparır. Müxalifət hansısa partiya yaratsa da onlar Azərbaycanın siyasi mühitində heç bir dəyişiklik edə bilmir və etməyəcək. Ona görə də onların hansısa partiyası nə bizi, nə də cəmiyyəti narahat edir”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti