Əli Kərimli müşavirini vəzifədən azad etdi
AXCP sədri Əli Kərimli müşavirini vəzifəsindən azad edib. Bu barədə AXCP Mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, AXCP sədri Əli Kərimlinin sərəncamı ilə Zərifə Məhəddinova AXCP sədrinin müşaviri vəzifəsindən azad edilib.Məsələ ilə bağlı keçmiş müşavirin də fikirlərini öyrəndik. O, heç bir problemin olmadığını bildirdi: “Belə məsləhət bilib, hörmətli sədrimiz. Qərar verib və qərara sayğı duyuram . Heç bir problem yoxdur”. //Qafqazinfo.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
07:13
ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var
Siyasət
11:32
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib - Yenilənib