• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Əli Kərimli Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur

Əli Kərimli Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur
09.08.2024 10:18
Avqustun 13-də saat 11.00-da Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi partiyasının rəhbəri Əli Kərimliyə qarşı qaldırılan ittiham əsasında  hazırlıq məhkəməsi keçiriləcək. Bu barədə Anews.az-a Nəsimi rayon məhkəməsindən məlumat verilib.
 
Məlumata görə, şikayətçi  Aydın Əliyev Sədətqulu oğlu vətəndaşdır. Onun şikayəti üzrə Əli Kərimli  Cinayət Məcəlləsinin 147, 148 maddəsi ilə ittiham olunur.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  də onun barəsində xüsusi ittihamla qaldırılan cinayət işi ilə bağlı hazırlıq məhkəməsi keçiriləcəyi barədə  öz sosial hesabında yazıb. 
 
"Barəmdə xüsusi ittiham qaydasında cinayət işi başladılıb. İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilən bildirişdə xüsusi ittihamın kim tərəfindən, hansı bəhanə ilə qaldırıldığı yazılmayıb. Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib",  -  Kərimli bildirib.
 
Onun sözlərinə görə,  xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. 
 
"Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var", - o əlavə edib. 
 

Gülnar Nazimqızı
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol