Azərbaycan müxalifətinin liderləri - Arif Hacılı, İsa Qəmbər, İlqar Məmmədov Qarabağdakı lokal hərbi əməliyyatı dəstəklədiklərini açıqlayıblar. Bu barədə onlar öz sosial hesablarında paylaşım edərək bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə ölkə rəhbərliyini bu antiterror əməliyyatlardan yayınmağa çağırıb və bildirib ki, bu 3-cü Qarabağ savaşına yol aça bilər.
Bundan əvvəl Milli Məclis deputattlarının sədr olduğu siyasi partiyalar bəyanat yayaraq lokal antiterror əməliyyatları dəstəklədiyini açıqlayıb.
Sentyabrın 19-da Müdafiə Nazirliyi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını elan edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !