Elçibəyin əlyazmaları Dövlət Arxivinə veriləcək

13:13 | 13.12.2013
Elçibəyin əlyazmaları Dövlət Arxivinə veriləcək

Elçibəyin əlyazmaları Dövlət Arxivinə veriləcək

 Mərhum prezident, xalq hərəkatının lideri Əbülfəz Elçibəyə aid sənədlər Milli Arxiv İdarəsinə veriləcək.ANN.Az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə Elçibəyin oğlu Ərturqut Əliyev məlumat verib.O deyib ki, Əbülfəz Elçibəylə bağlı çox vacib və mühüm sənədlər hələ də Dövlət Arxivinə verilməyib. Ancaq həmin sənədlərin hamısını bir yerə yığandan sonra dövlət arxivinə verəcəklər: “Atama məxsus sənədlərinin hamısını hələ tam toplamamışıq. Yalnız müəyyən hissə cəm edilib. Təbii ki, həmin sənədlərin hamısını bir araya gətirmək və qorumaq fikrimiz var. Hamısını bir yerə yığandan sonra dövlət arxivinə verəcəyik”.Qeyd edək ki, hələ ötən il Milli Arxiv İdarəsi Ə. Elçibəyin ailəsinə müraciət edərək, eks-prezidentə məxsus sənəd və əşyaların mühafizəsini təmin etmək istədiklərini bəyan etmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM