İlk dəfə parta arxasında əyləşib, ilk dəfə müəllim görüb, ilk hərf öyrənmək birincilər üçün nə qədər çətin və maraqlıdırsa, bütün elmlərə aparan yolların açarının əldə olunmasını bayram etmək onlar üçün bir o qədər sevincli, bir o qədər yaddaqalandır.
Birincilərin "Əlifba bayramı" hər il may ayında baş tutur. Bu bayrama onlar xüsusi hazırlıq görür, hərflərə, sözlərə aid şeirlər əzbərləyir, səhnəçikləri məşq edirlər. Beləliklə, məktəblilərin hazırlaşdıqları o gün gəlir - bütün müəllimlər, valideynlər, digər qonaqlar birincilərin sevincinə sevinc qatır, uşaqların 32 hərfi öyrənmələrini bayram etmələrinə şərik çıxırlar.
ANN.Az oxuculara Yasamal rayonu 60 sayli orta məktəbin birincilərinin "Əlifba bayramı"ndan hazırladığı fotosessiyanı təqdim edir.
Fotoların müəllifi Fərqanə Novruzovadır
Bizi sosial şəbəkələrdə izləyin !