• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Əliyev: Bir necə aydır İrəvanla sülh vəziyyəti yaranıb

Əliyev: Bir necə aydır İrəvanla sülh vəziyyəti yaranıb
01.02.2024 15:56
Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 
 
"Azərbaycanla Ermənistan arasında artıq faktiki sülh var, bir neçə aydır ki, iki ölkənin sərhədində dinc vəziyyət hökm sürür. Amma bu prosesi məntiqi sona çatdırmaq üçün sülh müqaviləsi imzalamaq lazımdır, Ermənistan isə ərazi iddialarından əl çəkməlidir”, -  dövlət başçısı Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə bildirib. 
 
Ermənistan bir neçə gün öncə sülh sənədi ilə bağlı təkliflərini Azərbaycana verdiyini açıqlayıb. 
 
Bundan əvvəl xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər. 
 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Monteneqronu milli bayram münasibətilə təbrik edib
Siyasət 18:28
XİN Monteneqronu milli bayram münasibətilə təbrik edib
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
Siyasət 14:53
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
Siyasət 11:45
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
İlham Əliyev Ərdoğana zəng edib
Siyasət 21:10
İlham Əliyev Ərdoğana zəng edib
Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin adından saxta xəbərlər yayılır
Siyasət 19:43
Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin adından saxta xəbərlər yayılır
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
Siyasət 18:22
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq - KİV
Siyasət 17:33
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq - KİV
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
Siyasət 16:13
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Siyasət 15:19
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol