Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla MDB iclasından sonra sülh gündəliyi ilə bağlı məsələni müzakirə edib. Bu barədə Ermənistan mətbuatı Nkol Paşinyanın mətbuat katibinə istinadan yazıb.
Bildirilib ki, qısa müddət ərzində ikitərəfli formatda müzakirə aparılıb.
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir.
Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar.
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh sənədi üzrə işlərin böyük bir hissəsi həll olunub.
Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
Hazırda sülh sənədi üzrə təkliflər istiqamətində hər iki ölkə arasında müzakirələr davam edir.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !