Qarabağ mövzusu birdəfəlik bağlanıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Böyük Qayıdış proqramının icrasının birinci mərhələsi başa çatana qədər Füzulidə 22 min, Qarabağ və Şərqi Zəngəzurda isə ümumilikdə 140 min nəfər yaşayacaq. Bu, demək olarsa, minimum göstəricidir. Əhalinin Qarabağa qaytarılması üçün ilk növbədə bizim kifayət qədər gücümüz və iradəmiz var, "Böyük qayıdış" proqramı qəbul olunub və bu proqram uğurla icra olunur. Amma əsas amil bu günləri səbirsizliklə gözləyən keçmiş köçkünlərdir". Azərbaycan Prezidenti görüşündə deyib.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !