• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib

Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
13.09.2026 11:47

Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb.

"Report"un məlumatına görə, buna səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun tunel hissəsində baş verən yanğın olub.

Belə ki, ərazidən keçən yüksək gərginlikli elektrik xəttində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Yanğın zamanı diametri 215 millimetr olan orta təzyiqli qaz xətti zədələnib.

Gəncə Regional Qaz İstismarı İdarəsinin Gəncə xidmət sahəsinin rəis müavini Samin Hacıyev bildirib ki, hadisədən dərhal sonra əraziyə qurumun əməkdaşları və xüsusi texnikaları cəlb olunub.

Onun sözlərinə görə, hazırda qaz xəttində təmir-bərpa işləri aparılır.

"Əməkdaşlarımız və xüsusi texnikalar hadisə yerindədir. Təmir-bərpa işləri davam etdirilir. Yanğın yüksək gərginlikli elektrik xəttində yaranan qısaqapanma nəticəsində baş verib. Nəticədə qaz xətti zədələnib və ani alışma meydana gəlib", - S.Hacıyev deyib.

Hazırda Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Hacıyev bildirib ki, təmir-bərpa işlərinin günorta saatlarında başa çatdırılması və qaz təchizatının bərpa olunması gözlənilir.

01:02

Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksək gərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq "Avtozavod", "Sənaye" və "Şəhər-1" orta təzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.

Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol