Əliyevin namizədliyi tədiqlənib

16:49 | 30.12.2023
Əliyevin namizədliyi tədiqlənib

Əliyevin namizədliyi tədiqlənib

Prezident İlham Əliyevin növbəti dəfə prezident seçkilərində iştirak etməsi üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürdüyü namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Bu barədə Mərkəzi Seçki Komissiyası dekabrın 30-da keçirdiyi iclasda qərar qəbul edib. 

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırda namizədliyini irəli sürən 15 şəxsin müraciəti təsdiq olunub. 
 
Hələlik Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti