Mərkəzi
icra hakimiyyəti orqanları 52,7%(255 zəng) stasionar nömrələr edilən zəngləri cavablandırmayıb, 47,3% zənglərə isə cavab verib. Bu barədə Sosial Tədqiatlar Mərkəzinin apardığı monitorinq nəticələrində qeyd olunub.
Belə ki, Ədliyyə Nazirliyi edilən stasionalar zənglərin 81,8%-nə cavab verməyib. Zənglərin yalnız 18,2%-i cavablandırılıb.
Daxili İşlər Nazirliyinə edilən stasionalar zənglərin bööyük əksəriyyəti 86,4%-i cavablandırılıb, 13,6%-i isə cavabsız qalıb.
Səhiyyə Nazirliyi də 59,1% zəngə cavab verib. 40,9% zəngə cavab verilməyib.
Elm və Təhsil Nazirliyi günün birinci və ikinci yarısı edilən zənglərin heç birinə cavab verməyib. Həmçinin 77,3% qaynar xətt zənglərinə cavab verməyib.
Mədəniyyət Nazirliyi edilən stasionar zənglərin 86,4%-nə cavab verməyib, zənglərin yalnız 13,6%-i cavablandırılıb. Bu nazirlik həmçinin 77,3% qaynar xəttlərə də cavab verməyib.
Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi isə qaynar xəttlərə cavab verib.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti
orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə
təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar
nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib,
1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya
aktiv olmayıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !