"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukraynanın XİN rəsmisi iclasın ingilis dilində aparılmasını təklif edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, GUAM çərçivəsində müxtəlif sektorların nümayəndələri ilə aparılan görüşlər və danışıqlar zamanı rus dilində ünsiyyət, ingilis dilindən istifadə ilə müqayisədə daha məhsuldardır:
"GUAM çərçivəsində nəqliyyat, gömrükçülər, sərhədçilər, turizm təşkilatları və sair səviyyədə bir çox sektor əməkdaşlığı mövcuddur. Öz görüşlərimdə və müzakirələrimdə ingilis deyil, rus dilindən istifadə daha rahat və məhsuldardır”.
Azərbaycan XİN rəsmisi politik emosiyaların əsiri olmamağa və dildən ünsiyyətin rahatlığı üçün istifadə etmək gərəkdiyini vurğulayıb.
Qeyd edək ki, GUAM-ın Nizamnaməsinə uyğun olaraq, rəsmi dil kimi rus və ingilis dilləri istifadə edilə bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !