• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Elmar Məmmədyarov Ukraynada baş verənlərə münasibət bildirdi

Elmar Məmmədyarov Ukraynada baş verənlərə münasibət bildirdi
28.05.2020 23:39
“Azərbaycan vətəndaşları Ukraynada münaqişə yerlərindən uzaq olmalıdırlar”. APA-nın yerli müxbirinin məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Azərbaycan, Türkiyə Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Ukrayna ilə Azərbaycanın əməkdaşlığı strateji xarakter daşıyır: “Azərbaycan tez bir zamanda Ukraynada sabitliyin bərqərar olmasını istəyir. Bu, həm Ukrayna, həm də bütün region üçün yaxşı olar. Xarici İşlər Nazirliyi artıq bu barədə açıqlama verib, Azərbaycan vətəndaşları Ukraynada həm yaşayarkən, həm də turist səfərləri və biznes fəaliyyəti ilə əlaqədar ora gedərkən qarşıdurma baş verən yerlərdən uzaq durmalıdır”. E. Məmmədyarovun sözlərinə görə, Azərbaycan tərəfi Ukraynada iqtidar, müxalifət və bütün digər qüvvələrin birləşməsini istəyir. Nazir hazırda Ukraynada baş verənlərin çox xoşagəlməz olduğunu söyləyib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Monteneqronu milli bayram münasibətilə təbrik edib
Siyasət 18:28
XİN Monteneqronu milli bayram münasibətilə təbrik edib
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
Siyasət 14:53
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
Siyasət 11:45
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
İlham Əliyev Ərdoğana zəng edib
Siyasət 21:10
İlham Əliyev Ərdoğana zəng edib
Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin adından saxta xəbərlər yayılır
Siyasət 19:43
Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin adından saxta xəbərlər yayılır
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
Siyasət 18:22
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq - KİV
Siyasət 17:33
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq - KİV
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
Siyasət 16:13
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Siyasət 15:19
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol