Elmar Məmmədyarov Ukraynadakı münaqişədən danışdı

13:40 | 18.03.2014
“Azərbaycan Ukraynadakı münaqişənin bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmasına tərəfdardır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”.
ANN.Az
loading...