Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir”MÜSAHİBƏ

12:51 | 18.12.2015
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir” – MÜSAHİBƏ

Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir”MÜSAHİBƏ



Rüstəm Qasımov

ANN.Az-ın istedadı azərbaycanlı rəssam, rəssamlar ittifaqının üzvü Elnur Həsənovla müsahibəsi 

- Elnur, nəyə görə məsələn, memarlığı yox, rəssamlığı seçmisiz? 

- Mən nəyisə seçməli olmadım, çünki rəssamlıq Allah vergisidir. Bizim ailəmizdə rəssam yoxuydu, ona görə də mən bu sahədə ilk sayılıram. Ancaq nəsil-nəcabətimizdə sənət adamları olub, məsələn, Cəfər Cabbarlı ilə uzaq qohumluğumuz var. 

Yaradıcılığa gəldikdə isə mən rəsmlə erkən yaşlardan məşğul olmağa başlamışam. İncəsənətə olan marağımı görən valideynlərim məni Pionerlər evində rəsmə yazdırmışdılar.
 


- Bundan sonra siz rəssam olmaq qərarına gəldiniz? 

- Əvvəlcə mən nəsil ənənəsini davam etdirib həkim olmaq istəyirdim, ancaq qismət başqa imiş. Rəsm sevgisi ağır basdı və mən Əzim Əzimzadə adına Rəssamlıq Buraxılışına daxil oldum. 

- Bir adamla tanışlıq isə sizə çox güclü təsir edib...

- Bəli. Bu adam Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimovdur, o təkcə böyük istedad sahibi deyil, həm də mənən çox zəngin şəxsdir. Bizim tanışlığımız dostluğa çevrildi və bu dostluq indi də davam edir. Ağəli müəllim mənim müəllimimə çevrildi, ondan çox şey öyrənmişəm. Onun dəstəyi mənim rəssam kimi formalaşmağımda böyük rol oynayıb. 
 


- Və bundan sonra siz müxtəlif sərgilərin daimi iştirakçısına çevrildiniz?

- Bəli. Mənim "Sualtı dünya” işim Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi-müsabiqədə ikinci yeri tutdu. 
Bundan sonra çoxsaylı sərgi və tədbirlərdə nümayiş olunmağa başladım. İşlərim müntəzəm olaraq, kataloqlara düşməyə başladı. 

2009-cu ildə Muzey Mərkəzində Xocalı hadisələrinə həsr olunmuş sərgini qeyd etməyə bilmərəm. Mənim işim digər bir neçə işlə birlikdə nazirlik tərəfindən yüksək qiymətləndirilmişdi.

 Şəkillərimin böyük əlsəriyyəti realizm və impressionizm janrında çəkilsə də, bu dəfə mən fərqli bir şey eksperiment eləmək istəmişdim. Bu, abstraksionizm və modern realizm janrının qarışığı idi. Bu mənim bu qəbildən olan eksperiment kimi ilk cəhdim idi. Beləliklə, mənim işim çox yaxşı qarşılandı və mənə stimul verdi, dürüst desəm, belə uğur gözləmirdim və heyrətlənmişdim!
 


- Elnur, Azərbaycanın xalq artisti Əzim Əzimzadənin 134 illiyinə həsr olunmuş sərgi barədə danışardınız. Siz təşkilatçıydınız...

- 2014-cü ildə ağlıma sərgi keçirmək ideyası gəldi, kurs yoldaşlarım da bu fikrimi dəstəklədilər. Çoxları buna müvəffəq olacağımı güman etdmirdi, bunun üçün məkan icarəyə götürmək, rəssamlardan işlər yığmaq, reklam və digər işlərlə məşğul olmaq tələb olunurdu. Ancaq mən sərginin təşkilatçısı və kuratoru olmağı qərara alanda, öz gücümə inanırdım. Mən ilk növbədə Rəssamlar İttifaqına, xüsusilə Ağəli İbrahimova müraciət etdim, o mənə sərgimizə daxil olan şəkillərin yığılması prosesinə kömək etdi. Bu sərginin maksimal şəkildə yüksək keyfiyyətdə olması üçün vacib idi. Biz uşaqlarla qərara gəldik ki, sərgidə ancaq Əzim Əzimzadə buraxılışının tələbələri iştirak edəcək. Tədbirdə 38 rəssam təqribən 200-ə yaxın iş təqdim etmişdi. Sərgini hətta Əzim Əzimzadənin nəvəsi İradə xanım da ziyarət etmişdi, onu mən şəxsən dəvət etmişdim. KİV-in də sərgimizi yaxından işıqlandırması ürəyimizcə olmuşdu. 
 


- Bəs özünüz fərdi sərgi təcrübədən keçirməyi istəmirsinizmi? 

- Hazırda mən buna hazırlaşıram. İş burasındadır ki, yaş artdıqca və təcrübə yığdıqca, mən öz işlərimə başqa yöndən baxıram. Köhnə işlərim mənə yarımçıq görünür, onları yekunlaşdırmaq üçün vaxt lazımdır. Digər tərəfdən isə mən özümün yekun üslubumu müəyyənləşdirməyə çalışıram. Bugünkü işlər rəng qammasının monoxromluğu ilə seçilir. Mən qışqıran tonlardan istifadə etmirəm, pasteli üstün tuturam. Siz mənim palitrama fikir versəz, bunu dərhal anlayarsız. Bu mənim xarakterimə, daxili vəziyyətimə və aləmimə daha uyğundur. 

- Siz görünüşdən sakit, tarazlığı tutduran insana bənzəyirsiz, bəs daxilinizdə nə baş verir. 

- Xarici görünüşdən sizin dediyiniz kimiyəm. Ancaq daxilimdə qasırğa qopur (gülür). Mən çox tez-tez kədərlənirəm, çox düşünürəm, narahat oluram. Müasir dövrdə özünənəzarəti saxlamaq çətindir. Ancaq bir xüsusiliyi qeyd edim. Heç bir şəklimdə əzab, stress, ağrı görə bilməzsiniz. Çalışıram ki, tamaşaçını öz problemlərimlə, mənfi emosiyalarla yükləməyim. Mənim şəkillərimin sakit və rahatlaşdıran xarakteri var. 
 


- Elnur, hansı azərbaycanlı rəssamların yaradıcılığı sizinçün maraqlıdır? 

- Mənə adları o qədər də tez-tez çəkilməyən rəssamlarımızın yaradıcılığı maraqlıdır. Məsələn, xalq rəssamı Böyükağa Mirzəzadənin, Altay Hacıyevin, Elbəy Rzaquliyevin yaradıcılığı mənə çox təsir edib. 

- Bəs dünya rəssamlarından? 

- Dünya rəssamlarından təbii ki, məşhur italiyalı rəssam və heykəltaraş, ekpressionizmin nümayəndələrindən olan Amadeo Modilianinin yaradıcılığı mənə çox böyük ilham verir. Onun barəsində çoxlu bədii və sənədli filmlər çəkilib, axı məhz Modilianı çılpaq naturada şəkil çəkməyə başlamışdı, həmin dövrdə iə İtaliya cəmiyyəti bunu çox kəskin və mənfi qarşılayırdı. Yalnız illər keçəndən sonra çılpaq rəsm özünə cəmiyyətdə yer tapa bildi. Modilianinin bioqrafiyasını oxuyanda xarakterlərimizdə və yaradıcılığımızda çoxlu oxşarlıqlar aşkar etdim. 
 


- Rəsmdə hansı janrları üstün tutursuz? 

- Mən yağlı boyaya üstünlük verirəm, amma bununla yanaşı müxtəlif texnikalara da müraciət edirəm. Məsələn, son şəkillərimdə bir materialı kətana bərkidirəm və işləməyə başlayıram. Bu zaman faktura (material) kətanda tamam başqa cür görünür. Belə ilk baxışdan uyğunsuz olan  nəsnələr kifayət qədər yaxşı görünür. Eksperiment etmək azarı ona əsaslanır ki, ideya və fikrin tam açılması üçün mənə kətan və rənglər yetərli olmur. Buna görə də mən digər materiallardan istifadə edirəm ki, hansısa detal kompozisiyanı tamamlaya, əsas fikri gözlər önünə sərə bilsin. Bu artıq dekorasiya elementli rəsmdir. 

- Daha çox günün hansı vaxtı işləyirsiz və şəkillərin yeni ideyaları necə doğulur? 

- Yaradıcılıqla mən əsasən axşamlar işdən sonra məşğul oluram. İdeyaların doğulmasına gəldikdə isə, onlar mənə daim gəlirlər, hətta iş vaxtı belə mən balaca nabroskalar, eskizlər çəkirəm, evə gələndə isə vaxt itirmədən dərhal işləməyə başlayıram. Gündüz vaxtı artıq bilirəm ki, axşam emalatxanaya gedib işləyəcəm. İdeyalar məndə hədsiz çoxdur, ancaq təəssüf ki, onların hamısını reallaşdırmaq üçün vaxt çatmır. Şirkətdəki işim çox vaxtımı alır. 

- Deyə bilərikmi ki, bugün incəsənət daha əlçatandır? 

- Bəli. Bu gün incəsənətlə kim istəsə məşğul olur, təhsili olmadan özlərini rəssam, heykəltaraş, incəsənət xadimi hesab edən adamlar var. Təbii ki, elə həvəskarlar var, daim öz üzərlərində işlədiklərinə görə, çox yüksək səviyyəyə çatırlar. Hər şey insandan asılıdır. Ancaq tutalım hansısa sərgidə mənim kimi xüsusi təhsil almış birinin rəsminin hədsiz zəif işi olan bir həvəskarın işiylə yanaşı asıldığını görəndə, bu insana pis təsir edir. 
 


- Elnur, səyahət etməyi sevirsizmi? 

- Çox! Müxtəlif ölkələrdə olmağı və turistlərə az tanış olan tarixi məkanlara baş çəkməyi sevirəm. Məsələn, Türkiyədə olanda Kapadokiyanı qarış-qarış gəzdim, ən ucqar kəndlərə belə gedib çıxdım və bu mövzuda çoxlu şəkil çəkdim. Bu yerlər əsl muzeydir və açıq səma altında tarixi qoruqdur. 

Məni memarlıq da cəlb edir. Xaricdə olanda mütləq kilsələrə baş çəkirəm. Daxili interyeri, məbədlərin dizaynını öyrənmək mənə xüsusi həzz verir. Unutmaq olmaz ki, hər bir səyahət yeni emosiyalar, təəssüratlar deməkdir və bu rəssam üçün çox vacibdir. Onlar rəssamın şüuraltına yazılır və gələcəkdə şəkillərin mövzuları kimi ortaya çıxa bilərlər. 

- Elnur, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik və gələcək işlərinizdə uğurlar arzulayırıq. 

- Təşəkkür!
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM