Müğənni-şair Ermənistanın baş naziri Nikol Paşinyana da şeir yazacaqmı?
O, Modern.az saytının əməkdaşı ilə söhbət zamanı solo konsertə hazırlaşdığını deyib:
"Yeni bəstələrim çoxdur, tezliklə eşidəcəksiniz. Yay fəsli olsa da, mən hər zaman iş başındayam . O cümlədən solo konsertə hazırlaşıram və bu, noyabrın 19-da baş tutacaq.
Qaldı ki, Serj Sarkisyana yazdığım şeirə.. Bu şeiri o vaxt YAP-ın dəstəyi ilə keçirilən aksiya zamanı yazdım. Şeirim doğurdan da böyük səs-küy yaratdı. Hətta Rusiyadan çoxlu zənglər gəlmişdi, şeirimi bəyəndiklərini demişdilər. Paşinyana şeir yazıb-yazmayacağım barədə isə nəsə demək çətindir. Yaradıcılıq elə bir şeydir ki, o ani yaranır. Həmin an gələrsə, yaza bilərəm”.
Əməkdar artist həmçinin ikinci kitabının çapı haqqında düşündüyünü də bildirib:
"Mənim şəklimin həkk olunduğu çantalar istehsal olundu. Çantalar dünya miqyasında tanınmış böyük yaradıcı heyətin məhsuludur. Sentyabrda bu haqda ətraflı eşidəcəksiniz. Çantaların satışından alınan pulla xeyriyyə fonduna köçürüləcək.
"Mən dəlinin rəssamı” kitabım isə satılıb və indi də satılır. Bu yaxınlarda kitabla bağlı görüşümüz olacaq. Yeni kitabım da çap olunacaq. Bu, musiqi əsərlərimlə birbaşa bağlıdır. Yəqin ki, ikinci kitabımın çapı yaxın bir il ərzində reallaşacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !