Əmək müqaviləsinə xitam verilən müəllimlərin yerinə məktəbdə vakansiya olmayacaq -Nazir

17:04 | 27.06.2024
Əmək müqaviləsinə xitam verilən müəllimlərin yerinə məktəbdə vakansiya olmayacaq -Nazir

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yerinə məktəbdə vakansiya olmayacaq -Nazir

Məktəbdə müəllim uğur qazanmayıb və əmək müqaviləsinə xitam verilibsə, o məktəbdə vakansiya olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 
 
Nazir bildirib ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin dərs saatı məktəbdəki digər müəllimlərə veriləcək.
 
"Əgər o məktəbdə müəllim uğur qazana bilməyib, onun əmək müqaviləsinə xitam verilibsə, o məktəbdə vakansiya olmayacaq. Həmin saatlar məktəbdə işləyən digər müəllimlərə veriləcək. Yox, əgər müəllim bütün sinifi aparırsa, o saatı vermək mümkün deyilsə, vakansiya elan olunacaq. Müəllimlərin işə qəbul imtahanlarından həmin işə gələnlərin bilik səviyyəsi kəsilən müəllimlərin bilik səviyyəsindən bir neçə dəfə yuxarıdır. Bununla bağlı problemimiz yoxdur", - Əmrullayev jurnalistlərin sualını cavablayarkən qeyd edib. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb