"Report"un xəbərinə görə, Balayev Skandinaviya ölkəsinə qarşıdakı günlərdə yollanacaq.
26 yaşlı qolkiper hələlik adı gizli saxlanılan klubun infrastrukturu, şəraiti ilə tanış olduqdan və şərtləri müzakirə etdikdən sonra təklifi cavablandıracaq. Norveçin Elitseriyasında çıxış edən komanda ötən mövsümü ilk "beşlik"də başa vurub.
Qeyd edək ki, Emil Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Kostanay təmsilçisindən ayrılıb. Hazırda klubsuz olan qolkiper millinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydanında fərdi məşq edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !