Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı. Suyun altından çıxarılan təyyarədə isə argentinalı hücumçunun cəsədi tapılıb.
Anews.az sportal.az-a istinadən xəbər verir ki, "Nant" klubu yeni qərar qəbul edib. Klub prezidenti Valdemar Kita Salanın 9 nömrəli formasının əbədiləşdirildiyini deyib. Klub saytına açıqlama verən başqan bundan sonra komandada heç bir futbolçunun bu mömrə altında çıxış etməyəcəyini deyib.
28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i geri dönərkən 59 yaşlı pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.
Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !