Emin Ağalarova xəbərdarlıq: ABŞ-a gəlmə, həbs edəcəklər

14:54 | 22.01.2019
Emin Ağalarova xəbərdarlıq: ABŞ-a gəlmə, həbs edəcəklər

Emin Ağalarova xəbərdarlıq: ABŞ-a gəlmə, həbs edəcəklər

Məşhur müğənni Emin Ağalarov yanvarın sonu ABŞ-da baş tutacaq konsert turunu ləğv edib.

Buna səbəb Emin Ağalarovun amerikalı agentinin ona göndərdiyi xəbərdarlıq mesajı olub. Mesajda deyilir ki, xüsusi prokuror Robert Müller üçün işləyən FTB agentləri onu ABŞ-da həbs edə bilərlər.

ABŞ və Kanadada planlaşdırdığı konsertlərini təxirə salması barədə E.Ağalarov instaqram səhifəsində video-ismarıc yayımlayıb. Müğənni pərəstişkarlarına müraciət edərək bu xəbəri açıqladığı üçün çox məyus olduğunu və hadisələrin gedişatının əsirinə çevrildiyini bildirib.

"ABŞ və Kanadada baş tutacaq konsertlərimi təxirə salmaq məcburiyyətindəyəm. Təəssüf ki, baş verənlər mənim istəklərimlə uzlaşmır. Konsertlərə bilet alanlardan dərin təəssüflə üzr istəyirəm. Planlarda dəyişiklik baş verən kimi, sizi xəbərdar edəcəyik".

"The İndependent” qeyd edir ki, Emin Ağalarov və onun britaniyalı prodüseri Rob Qoldsteyn 2016-cı ilin yayında Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında Nyu-Yorkda görüşün təşkil olunmasında mühüm rol oynayıblar. Həmin görüş kiçik Donaldın Hillari Klinton barəsində kompromatlar alması üçün təşkil olunmuşdu. Hazırda həmin görüşü xüsusi prokuror Robert Müller araşdırır. Emin və atası Araz Ağalarovun adı Müllerin təhqiqatının başqa epizodlarında da keçir.

Onu da xatırladaq ki, bir zamanlar Donald Tramp və Emin Ağalarov yaxın dost olublar./publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM